aze | rus | eng



    Bülbül adına orta ixtisas musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi, bəstəkar Ayaz Qəmbərli bəstəkarların 9-cu «Franz Schubert and Modern Music» Beynəlxalq Müsabiqəsinin qalibi olmuşdur. Müsabiqənin  münsiflər heyəti (Robert Höldrich'in başçılığı altında Chia Chou, Beat Furrer, Gerd Kühr, Andreas Lindenbaum və Isabel Mundry) 51 ölkədən 185 əsərə baxış keçirmişdir.

    Qeyd edək ki, Ayaz Qəmbərli 2011-ci ildə Bostonda keçirilən bəstəkarların 29-cu “ALEA III” festivalının qalibi olmuşdur. “АLEA III” 1980-ci ildən etibarən Boston Universiteti tərəfindən təşkil olunmuş dünyaşöhrətli bəstəkar müsabiqələrindən biri sayılır.

     Ayaz Qəmbərli 2011-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin təltif etdiyi “Gənclər Mükafatı Laureatı” adına layiq görülmüşdür.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az