aze | rus | eng



   May ayının 16-da Bülbül adına orta ixtisas musiqi məktəbində dahi rus bəstəkarı Mixail Qlinkanın anadan olmasının 210 illiyinə həsr olunmuş konsert keçirilmişdir. Məktəbin "Konsertmeyster sinfi" şöbəsinin müdiri Ülviyyə Manafovanın təşkilatçılığı hazırlanan konsert çox böyük marağa səbəb olmuşdur. Konserti nəzəriyyə şöbəsinin X sinif şagirdi Arzu Məmmədova açaraq, Mixail Qlinkanın opera və vokal yaradıcılığı haqqında geniş məlumat vermişdir. Konsertdə  Əməkdar artist Nərgiz Kərimova, Əməkdar artist Aleksandr Mixaylenko və Sevda Quliyevanın ifasında M.Qlinkanın "İvan Susanin",  Ruslan və Lyudmila" operalarından ariyalar səslənmişdir.  Həmçinin bəstəkarın romanslarını  X sinif şagirdi Mərziyə Hüseynova və XI sinif şagirdi Orxan Cəlilov  ifa etmişdir. Vokalçıları   "Konsertmeyster sinfi"nin şagirdləri Fatimə Əliyeva, Rəhimə Qurbanova, Nərminə Abdullayeva, Əfsanə Abbaszadə, Raziyyə Məmmədova, Vurğun Vəkilov müşayiət etmişdir (müəllimlər Ü.Manafova, N.Miriyeva və Z.Mayılova).

   Məktəbin direktoru, Xalq Artisti Teymur Göyçayev konsert iştirakçılarını  təbrik etdi və bildirdi ki, "Konsertmeyster sinfi" şöbəsi mütəmadi olaraq tematik konsertlər  təşkil edir və bu konsertlər yüksək səviyyədə keçir.

   Konsertdə iştirak edən Rusiyanın Azərbaycandakı Səlahiyyətli Səfiri cənab V.D.Doroxin çıxış edərək konsertin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az