aze | rus | eng



 2014-cü may ayının 10-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konsert keçirilmişdir. Konserti giriş sözü ilə muzeyin direktoru Şeyla Heydərova çıxış edərək Heydər Əliyevin gənc istedadlara qayğısından, onları dəstəkləməsindən danışdı. Sonra isə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Əzizə Abdullazadə,Ərol  Rzayev, Məryam Məmmədova, Rusalina Hüseynzadə, Səid Bağırzadə, Yelizaveta Kizel, Züleyxa Hüseynova, Aytən İbrahimova, İzzət Peçkurov, nəfəs alətləri kvinteti (Şeyda  Ələsgərova, Murad Tağıyev, Xəyalə Quliyeva, Asif Quliyev, Qənbər Məmmədov) maraqlı konsert proqramı ilə çıxış etdilər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az