aze | rus | eng



Azərbaycanda musiqi təhsili sistemində lider və aparıcı mövqelərdə olan, musiqi mədəniyyətimizə neçə-neçə korifeylər, dahilər bəxş edən, dahi Ü.Hacıbəyli və K.Səfərəliyeva ənənələri üzərində qurulub fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbi bu günədək Ulu öndərin əziz xatirəsi ilə bağlı, yuzlərlə iştirakçısı olan üç müsabiqə keçirmişdir. 2023-cü il aprelin 10-20 tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı və rəhbərliyi ilə ümmilliliderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş, ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların Heydər Əliyev adına IV Respublika müsabiqəsi keçirildi. Müsabiqəyə Respublikanın müxtəlif şəhər və rayonlarından fortepiano, orkestr alətləri, vokal, xalq çalğı alətləri, xanəndəlik ixtisasları və müsabiqənin yaradıcı çərçivələrini, gənc musiqiçilərin dünyagörüşlərini daha da genişləndirmək məqsədi ilə "Onu zaman seçmişdir"adı altında şagird və yaradıcı gənclərin Elmi- praktik konfransı da müsabiqə proqramına daxil edilmişdir.
Müsabiqənin seçim mərhələsinə 4 qrup üzrə -722 nəfər şagird və tələbə qatılaraq,
I turda- 525 nəfər
II turda - 185 nəfər
Laureat -116 nəfər
Diplom - 69 nəfər
Fəxri Fərman-Fəal iştirakına görə- 340 nəfər
Elmi- praktik konfrans-32 nəfər
təltif edilmişdir.
6 may 2023-cü il tarixində Bülbül adına orta ixtisas musiqi məktəbində II və III yerlərin,
8 may 2023-cü il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilmişdir.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az