aze | rus | eng



10- 20 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında IV Respublika Müsabiqəsi keçirildi.
6 may 2023-cü il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müsabiqənin II və III yerlərinin laureatlarına diplomların təqdim etmə mərasimi keçirildi. Tədbiri açan Xalq artisti Teymur Göyçayev müsabiqə iştirakçılarını və qalibləri təbrik edərək yeni yaradıcılıq uğurları arzuladı. Sonda qaliblərə diplomlar təqdim edildi.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az