aze | rus | eng



2023/2024-cü tədris ili üçün musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının siyahısı
19 sentyabr 2022-ci il tarixində musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin mütəxəssisləri ilə görüş keçirilib
 
Görüşdə 2023/2024-cü tədris ili üçün musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanları haqda müzakirələr aparılıb.
 
 
 
 
 
Müzakirələrdə Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva, İfaçılıq fakültəsinin dekanı Nəzmiyyə Abbaszadə, Fortepiano kafedrasının müdiri Samirə Aşumova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Kamilə Dadaşzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı Laçın Həsənova, Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri Zemfira Abdullayeva, Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və Qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, son 2 il idi ki, musiqi sənəti ixtisasları üzrə abituriyentlər yalnız ixtisas fənnindən imtahan verirdilər. 2023/2024-cü tədris ilində abituriyentlər ixtisas fənni imtahanı ilə yanaşı nəzəriyyə fənlərindən də imtahan verəcəklər.
Komissiyalar üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanı fənləri aşağıdakı kimi müəyyən edilib:
 
Kom. №-si
İxtisasın adı
İxtisas* və nəzəriyyə imtahanları
20- İnstrumental ifaçılıq 1-ci imtahan İxtisas
2-ci imtahan Harmoniya və solfecio
3-cü imtahan Musiqi ədəbiyyatı
21- İnstrumental ifaçılıq (violin, klarnet, fleyta)
21 İnstrumental ifaçılıq (viola, truba, saksofon) 1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
3-cü imtahan Musiqi ədəbiyyatı
21- İnstrumental ifaçılıq (qoboy, faqot, tuba, trombon, valtorna, violonçel, kontrabas, arfa və zərb alətləri) 1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
22 İnstrumental ifaçılıq 1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
23, 74- İnstrumental ifaçılıq
24 Vokal sənəti (akademik vokal) 1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
3-cü imtahan Musiqi ədəbiyyatı
25, 26,95 - Vokal sənəti (xanəndəlik), Populyar musiqi və caz ifaçılığı (vokal)
1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
27, 75 -Dirijorluq (sahələr üzrə)
1-ci imtahan İxtisas
2-ci imtahan Harmoniya və solfecio
3-cü imtahan Musiqi ədəbiyyatı
28, 96 Vokal sənəti (milli vokal)
1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
29, 69 Bəstəkarlıq 1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi ədəbiyyatı
3-cü imtahan Harmoniya şifahi
4-cü imtahan Harmoniya yazılı
5-ci imtahan Solfecio
30, 73 Musiqişünaslıq 1-ci imtahan Musiqi ədəbiyyatı
2-ci imtahan Harmoniya şifahi
3-cü imtahan Harmoniya yazılı
4-cü imtahan Solfecio
31, 71, 72 İnstrumental ifaçılıq
1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
32, 76, 83, 93 Musiqi müəllimliyi
36 Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə) 1-ci imtahan İxtisas
2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio
* abituriyent seçdiyi ixtisas üzrə musiqi alətində və ya səs üzrə proqram ifa etməlidi.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.