aze | rus | eng



Əliağa Vahidin 120 illik yubileyi keçirilmişdir

Fevral ayının 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dahi Azərbaycan şairi və qəzəlxanı Ə.Vahidin anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilmişdir.“Vahid bağı”nda keçirilən anım mərasimi zamanı ədibin həyat və yaradıcılığından danışılmış, tədbir iştirakçıları onun qəzəllərindən nümunə gətirərək ədibin yaradıcılığını yüksək qiymətləndirmişlər.

Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri N.Sədrayeva, Ş.Əbilli, C.Məlikli, M.Səfərli Ə.Vahidin qəzəlləri əsasında yazılmış mahnı və kompozisiyalar  ifa etmişlər.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.