aze | rus | eng



5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimləri İbrahimova Şahnaz - Əməkdar Müəllim Baxşiyeva Nigar - "Qabaqcıl təhsil işçisi"döş nişanı ilə təltif edildi.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində müəllimlərin əməyinin stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına gətirib çıxarmışdır.Hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan təhsil işçilərin təltif edilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır.
Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimləri
İbrahimova Şahnaz - Əməkdar Müəllim
Baxşiyeva Nigar - "Qabaqcıl təhsil işçisi"döş nişanı ilə təltif edildi.
Həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.