aze | rus | eng



C.Verdi-200

   2013-cü il dekabrın 6-da Bülbül adına orta ixtisas musiqi məktəbinin Böyük zalında görkəmli italyan bəstəkarı C.Verdinin 200 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir. Konsertdə məktəbin müəllimi Ülviyyə Manafovanın konsertmeyster sinfinin şagirdləri - Beynəlxalq müsabiqə laureatı,Prezident təqaüdçüsü Vurğun Vəkilov,  Beynəlxalq müsabiqə laureatı Behbudov Rəşid, Respublika müsabiqəsi laureatı Abbaslı Nəzrin, Əliyeva Fatimə, Əlizadə Xəyalə, Qurbanova Nərmin, həmçinin Əməkdar artist Gülnaz İsmayılova, Əməkdar artist Fəridə Məmmədova, Əməkdar artist Nərgiz Kərimova iştirak etmişlər. Konsert proqramına C.Verdinin operalarından ariyalar və romanslar daxil edilmişdir. Uğurla keçən konsert tamaşaçıların böyük marağına səbəb olmuşdur.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.