aze | rus | eng



F- 512 əmri ilə təsdiq edilmiş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına" uyğun olaraq, IV sinif şagirdləri ilə "Zəfər Günümüz" adlı videodərs keçirdi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11. 2020 F- 512 əmri ilə təsdiq edilmiş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına" uyğun olaraq, 10 dekabr 2020- ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin ibtidai sinif müəllimi Abdullayeva Aygün IV sinif şagirdləri ilə 10 dekabr "Zəfər Gününə" həsr edilmiş "Zəfər Günümüz" adlı videodərs keçirdi. Videodərsi Azərbaycan Respublikasının Dövlət Himni ilə açaraq, 44 günlük müharibə zamanı Azərbaycan xalqının Tarixi Qələbəsi,torpaqlarımızın işğaldan azad olunması, Ali Baş komandanımız Cənab İlham Əliyevin yürütdüyü siyasət və igid əsgərlərimizin "Zəfər Tariximiz"in yazılması haqqında şagirdlərə bir daha məlumat verildi. Sonda şagirdlərin ifasında Vətənimizə,Şəhidlərimizə, Qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.