aze | rus | eng



Bülbül adına orta ixtisas musiqi məktəbində Azərbaycan Dövlət Bayrağının 100 illik yubileyinə həsr olunmuş tədbir kecirildi

7 noyabr 2018 ci il tarixində
Bülbül adına orta ixtisas musiqi məktəbində Azərbaycan Dövlət Bayrağının 100 illik yubileyinə həsr olunmuş tədbir kecirildi. Tədbiri giriş sözüylə acan məktəbin Təlim - tərbiyə üzrə direktor müavini, Tarix müəllimi Nigar Baxşiyeva Bayrağımızın keçdiyi bu şərəfli yol haqqında məlumat verərək,bu bayrağın gələcək nəsillərə ötürülməsində indiki nəslin onəmli rol oynadığını xatırlatdı. Tədbirdə iştirak edən Yazıçı Publisistlər, Yazıçılar Ittifaqının üzvləri,Prezident mükafatçısı Gülamay Muradova,yazıçı-tərcüməçi Arifə Əliyeva,Bakı Dövlət Universitetinin dossenti Reyhan Şıxlinskaya Azərbaycan bayrağının mənəvi, siyasi və ideoloji əhəmiyyəti barədə sagirdlərə məlumat verdilər.Tədbir konsert proqramı ilə yekunlaşdı.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.