aze | rus | eng



Leyla Zeynalova Belçikada keçirilən müsabiqədə I yerə layiq görüldü

  2-7 fevral tarixlərində Belçikada  keçirilən “13th rencontres Internationales des Jeunes Pianistes” beynəlxalq müsabiqəsində Prezident təqaüdçüsü Leyla Zeynalova I yerə layiq görülmüşdür.  Bu müsabiqə EPTA – Avropa Fortopiano Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib. EPTA 1978-ci ildə Londonda yaradılıb və hazırda Avropanın 42 dövləti bu assosiasiyanın üzvüdür.  Müsabiqədə 21 ölkədən 54 gənc pianoçu öz istedadını nümayiş etdirib. Leyla Zeynalova müsabiqənin II yaş qrupunda İ.S.Bax, V.A.Motsart, F.Şopen, S.Prokofyev və Slonimskinin əsərlərini peşəkarlıqla ifa edərək, münsiflər heyəti tərəfindən yüksək qiymətə layiq görülüb.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.