aze | rus | eng



Məktəbin şagirdi Beynəlxalq müsabiqənin laureatı oldu

  31 yanvar-6 fevral tarixlərində Estoniyanın  Narva şəhərində keçirilən gənc pianoçuların Şopen adına XI müsabiqəsində məktəbin fortepiano şöbəsinin şagirdləri Nərminə İsmayılova, Nigar Heydərli, Elxan Niftiyev iştirak etmişdir.Müsabiqədə 11 ölkədən - Polşa, Estoniya, Rusiya, Azərbaycan, Cənubi Koreya, Gürcüstan, Belorussiya, Latviya, Ukrayna, İsrael, Özbəkistandan  47 gənc ifaçı iştirak edirdi. Gənc ifaçıları Beynəlxalq münsiflər heyəti -professor P.Lassman (sədr), professor P.Kaminski (Polşa), professor T.Koyvisto (Finlyandiya), professor T.Ostrovskis (Latviya) və professor V.Portnoy (Rusiya) qiymətləndirirdi.

Nərminə İsmayılova müsabiqədə uğurla çıxış edərək II yerə layiq görülmüşdür. Nigar Heydərli və Elxan Niftiyev diplomlara layiq görülmüşlər.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.