aze | rus | eng



Gənclər gününə həsr olunmuş konsert

    2015-ci il fevralın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Təhsil   Nazirliyinin təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş  tədbir keçirilmişdir. Konsertdə Prezident təqaüdçüləri və Beynəlxalq müsabiqələr laureatları  Ç.Əzimova, M. Hüseynova, V.Vəkilov, A.İbrahimova, Z.Alxazova, C.Əsgərzadə,  Ə.Məmmədov, A.İsmayılov, L.Zeynalova iştirak ediblər.

    Konsertdən sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib. Nazir dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər qarşısında geniş inkişaf üfüqlərinin açıldığını vurğulayıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu xatırladan Mikayıl Cabbarov Bülbül adına orta ixtisas musiqi məktəbinin rəhbərliyinə və şagirdlərinə uğurlar arzulayıb.

  



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.