aze | rus | eng



İtaliya Respublikasının Azərbaycandakı səfiri qonağımız oldu

   Noyabr ayının 21-də İtaliya Respublikasının ölkəmizdəki səfiri cənab  Ciampaolo Kutillo Bülbül adına orta ixtisas musiqi məktəbinin qonağı olmuşdur. Məktəbin direktoru, Xalq Artisti Teymur Göyçayev cənab Səfirə Bülbül adına orta ixtisas musiqi məktəbinin zəngin tarixindən, onun yetirmələrindən, məktəbin bugünki nailiyyətlərindən söhbət açdı. Cənab Səfir məktəbdə görüşdən məmnun  olduğunu bildirərək gələcəkdə Azərbaycan -İtaliya musiqi təhsil müəssisələri arasında körpünün  yaranmasına ümid etdiyini bildirdi.

    Daha sonra məktəbin Böyük Zalında şagirdlər İtaliya bəstəkarlarının əsərlərindən ibarət maraqlı  konsert proqramı ilə çıxış etdilər.  Liza Kizel, Zərifə Alxazova, Çinarə Əzimova, Aytən İbrahimova, Zinyət Rəhimli, Ərol Rzayev, Atabəy İsmayılov, Leyla Zeynalova, Cəmilə Əsgərzadə, Ruslan Daşdamirov,Aydın Zeydullayev, Mərziyə Hüseynovanın çıxışları qonaqların böyük marağına səbəb oldu.  Konsertdə həmçinin   xanəndə sinfinin şagirdləri  Cavid Qafarlı və Nisbət Sədrayeva  Azərbaycan bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etdilər.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.