aze | rus | eng



III Ümumrespublika Uşaq Forumu

   Noyabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə   Uşaqların III Ümumrespublika Forumu keçirilmişdir.
     Forumda 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar iştirak etmişdir. 

   Forum zamanı uşaqlar üçün aktual olan mövzular - “Vətəni sevək və ona layiq olaq”, “Uşaqlar üçün bərabər hüquq və imkanlar”, “Təhsildə yeni standartların tətbiqi”, “Uşaqlar və internet təhlükəsizliyi”, “Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzuları üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə müzakirələr aparılmışdır.

    Bülbül adına orta ixtisas musiqi məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Atabəy İsmayılov Forumun işində iştirak etmişdir. Həmçinin, Atabəy İsmayılov İctimai Televiziyada  Forumun işinə həsr olunmuş "Yeni gün" verilişinin canlı efirində   cıxış etmişdir.

http://www.myvideo.az/?act=dvr&chan=ictimai&seekTime=20-11-2014%2010:39
  



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.