17 may məktəbimizdə uzun illər pedaqoji fəaliiyətlə məşğul olan Sevda xanım Cəmşidinin ilk şagirdləri ilə unudulmaz görüşü keçirildi.
illər boyu yüzlərlə şagirdin ilk müəllimi olmuş, onlara qələm tutmağı, Ana, Vətən sözlərini yazmağı öyrədən hörmətli Sevda xanım Cəmşidi ilə yadda qalan bir görüş baş tutdu.
Bu görüş Sevda xanımın məktəbimizdəki ilk şagirdləri ilə təşkil olundu. Görüş zamanı müəllim və şagirdlər keçmişi böyük duyğularla xatırladılar, məktəb illərinin unudulmaz xatirələrini bölüşdülər. İllər sonra yenidən bir araya gələn müəllim və şagirdlər arasında səmimi dialoqlar, sevinc dolu anlar yaşandı.
Sevda xanım Cəmşidi öz peşəsinə sevgi ilə yanaşan, yüzlərlə şagirdin təhsil həyatına sağlam təməl qoyan, fədakar bir pedaqoqdur. Bu görüş həm müəllim, həm də onun yetirmələri üçün duyğusal bir yenidən qovuşma oldu.
Belə görüşlərin keçirilməsi müəllim-şagird münasibətlərinin zamanla nə qədər dəyərli və unudulmaz olduğunu bir daha göstərdi.
Müəllim : Sevda Cəmşidi
İl: 1989
Məzunlarımız: 2000 -ci il