aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Həmkarlar İttifaqının sədr seçkisi keçirildi.
23 yanvar 2025-ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Həmkarlar İttifaqının sədr seçkisi keçirildi.
Seçki prosesində Məktəbin direktoru, müəllim heyəti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə iştirak etdi.
Tədbiri məktəbin direktoru Teymur Göyçayev açaraq, Həmkarlar İttifaqının təhsil müəssisələrindəki rolu və əhəmiyyətindən danışıb, sözügedən qurumun kollektivin hüquq və maraqlarını qorumaq, əmək şəraitini yaxşılaşdırmaq və sosial dəstəyi təmin etmək baxımından olduqca vacib olduğunu vurğulayıb.
Məktəbin Həmkarlar İttifaqının sədri Zərifə Məmmədyarova il boyu məktəbin Həmkarlar İttifaqının gördüyü işlər barədə hesabat verdi.
Sonra sədr müavini Mirzə Cəfərzadə çıxış edərək ittifaqın qarşıdakı dövrdə həyata keçirəcəyi yeniliklər və hazırda qüvvədə olan dəyişikliklər barədə geniş məlumat verib.
Demokratik seçim nəticəsində məktəbin gənc müəllimləri, Hikmət Abdullayev yekdilliklə yeni sədr, müəllim Pərvanə Əziziova isə müavin təyin edildi.
Məktəbin kollektivi adından yeni sədrə fəaliyyətində uğurlar arzulayır və kollektivin rifahı naminə səmərəli işlər görəcəyinə inanırıq!


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.