aze | rus | eng



15 sentyabr - Bilik günü

   2014-cü il  15 sentyabr tarixində Bülbül adına orta ixtisas musiqi məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Xalq Artisti Teymur Göyçayev açaraq şagirdləri, müəllimləri, valideynləri Yeni tədris ili münasibəti ilə təbrik etdi. Teymur Göyçayev öz çıxışında  Bülbül adına orta ixtisas musiqi məktəbinin özəlliyindən danışaraq burada təhsil alan şagirdlərin xüsusi musiqi istedadına malik olduqlarını vurğuladı.Məktəbin direktoru istedadlı şagirdlərin  bu tədris ilində də beynəlxalq müsabiqələrdə yüksək səviyyədə çıxış edəcəklərinə əmin olduğunu qeyd etdi.

  Tədbirdə tədris-təlim bölməsi üzrə direktor müavini Nigar Baxşiyeva, Musiqi bölməsi üzrə direktor müavini Aytən Əhmədova çıxış edərək məktəblilərə yeni tədris ilində yüksək nəticələr arzuladılar. Daha sonra III sinif şagirdi Quliyeva Nəzrin öz mahnı töhfəsi ilə I sinif şagirdlərini təbrik etdi.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.