Oktyabrın 18-də Azərbaycan İstiqlal Muzeyinin “QƏHRƏMANLAR CAN VERİR, YURDU YAŞATMAQ ÜÇÜN” adlı layihəsi çərçivəsində “Qazilərlə görüş” adlı bədii tədbir keçirilib...
18 oktyabr – Müstəqilliyin Bərpası gününə həsr olunmuş tədbirdə bu günün tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, məhz həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyası ilə tanış olduqdan sonra, qazilərin çıxışlarında, sarsılmaz birliyə malik olan xalqımızın milli müstəqilliyinin bərpa olunmasından 32 il keçməsi vurğulanıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən, şanlı tarix yazan Vətən oğullarımızın qəhrəmanlığından, misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən bəhs edilib. Bu birliyin gücünə 44 gün davam edən haqq savaşındakı həmrəyliyimiz və sentyabrın 19-u başlayan , bir gün ərzində başa çatan anti-terror əməliyyatı nəticəsində torpaqlarımıza qovuşmağımızla bir daha şahid olduq. Bu gün artıq Azərbaycanın əbədi müstəqilliyinin gözəl sədası Qarabağdan gəlir.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdi.