aze | rus | eng



Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçirildi.
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov,Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır.
Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs demiş, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılamışdır. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülmüşlər. Muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihə və proqramlarda yaxından iştirakı Əlibaba Məmmədovun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində çoxillik səmərəli fəaliyyətinin ayrılmaz parçasıdır.
Bülbül adına Orta İxtisas Musiqi məktəbində Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçirildi.
Konserti Əlibaba Məmmədovun tələbələrindən olan, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Əlibaba Məmmədov ənənələrini davam etdirən, layiqli davamçı Könül xanım Qənbərova açaraq, öz xatirələrini qonaqlarla bölüşdü.Konsert boyu Əməkdar artist Nuriyyə Hüseynova, Sahib İbrahimov və şagirdlərin ifasında Əlibaba Məmmədovun bəstələrindən ibarət mahnılar səsləndirildi.
@edu.gov.az
@cultura.az


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.