aze | rus | eng



20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tədbir və sərgi keçirildi.
Tədbiri açan məktəbin direktoru Teymur Göyçayev faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, musiqi işləri üzrə direktor müavini Rəna Vəzirova və İstiqlal Muzeyinin baş elmi işçisi, tarixçi Fəxriyyə Əliyeva tərəfindən şagirdlərə qanlı şənbə haqqında geniş məlumat verdi.
Tədbir sagirdlərin ifasında şəhidlərin əziz xatirəsinə həsr olunmuş konsert proqramı ilə yekunlaşdı.
@edugovaz
@culture.gov.az


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az