Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Musiqi Akademiyası
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 – cü ildönümü münasibəti ilə musiqi məktəbləri, kollecləri və ali təhsil müəssisələri şagird və tələbələrinin
IV Respublika MÜSABİQƏSİ
- I. IV RESPUBLİKA MÜSABİQƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Bülbül adına orta ixtisas musiqi məktəbi 2023-cü ilin aprel-may aylarında musiqi ifaçılarının Heydər Əliyev adına IV müsabiqəsinin keçirilməsi haqqında layihə üzərində işləyir. 2008-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəhbərlyi ilə keçirilən, Ulu öndərin adını şərəflə daşıyan ötən üç müsabiqələr musiqi ifaçılığına onlarla istedadların adlarını tanıtmış,nəhəng sənət dünyasına yola salmışdır. Keçən müsabiqə çərçivəsində Heydər Əliyev dühasına həsr olunmuş elmipraktik konfrans Respublikamızın bütün bölgələrini əhatə etmiş, maraqlı çıxışlarla hafizələrə həkk olunmuşdur.Ənənəni davam etdirərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi,Bülbül adına orta ixtisas musiqi məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək musiqi ifaçılarının IV Respublika müsabiqəsi çərçivəsində "Onu zaman seçmişdir"şüarı altında elmi-praktik konfransın təşkil edilməsi də planlaşdırılır.
- II. MÜSABİQƏNİN KEÇİRİLMƏ QAYDALARI VƏ ŞƏRTLƏRİ
Müsabiqə 4 yaş qrupu üzrə 2 turda keçirilir.
- Fortepiano
- Simli alətlər
- Nəfəs alətləri
- Vokal
- Xalq çalğı alətləri
- Nəzəriyyə şöbəsinin Elmi-praktik konfransı
QRUPLAR ÜZRƏ YAŞ HƏDDİ:
I qrup 8-12 yaş (Vokal üzrə 10-12 yaş)
II qrup 13-15 yaş
III qrup 16-18 yaş
IVqrup 19-23 yaş
Qeyd: iştirakçıların yaşı 01.04.2023 -ci il tarixinə əsasən müəyyənləşir.
- III. MÜSABİQƏYƏ - TƏQDİM OLUNAN SƏNƏDLƏR
- 1. İştirakçının və ya onun təhsil aldığı tədris müəssisəsinin ərizəsi.
- 2. Doğum haqqında şəhadətnamə və ya şəxsiyyəti təsdiq edən sənədin surəti
- 3. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil
- 4. Tərcümeyi hal (müsabiqələrdə iştirakı qeyd olunmalı)
Müsabiqədə iştirak etmək üçün fevral ayının 1-dən mart ayının 15-nə qədər olan tarixlərdə yuxarıda qeyd olunan sənədləri email:[email protected] elektron poçt ünvanına və ya Əhməd Cavad 9 ünvanına gətirərəkqeydiyyatdan keçmək tələb olunur. Göndərilən sənədlər tam, düzgün, şərtlərə və ya iştirakçının yaşına uyğun olması vacibdir.
Müsabiqə iştirakçılarını onların öz konsertmeysterləri müşayiət etməlidir.
İştirakçıların və onları müşayiət edən müəllim və konsertmeysterlərin müsabiqədə iştirakı ilə bağlı təşkilatı məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
Rayonlardan iştirak etmək istəyən iştirakçıların seçim mərhələsi onlayn həyata keçirilir.
Müsabiqə çərçivəsində Nəzəriyyəçilər üçün “Onu zaman seçmişdir” şüarı altında Elmi- praktik konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda çıxış mövzularının yuxarıda göstərilən ünvanlara göndərilməsi tələb olunur.
"Onu zaman seçmişdir"şüarı altında keçiriləcək elmi-praktik konfransın mövzuları:
- Milli mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi.
- Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiyasında Heydər Əliyevin rolu.
- Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır.
- Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir.
- Heydər Əliyevin rəhbərliyi dövründə milli musiqi mədəniyyətimiz.
- Heydər Əliyev və bəstəkar yaradıcılığı.
- Heydər Əliyev və musiqi incəsənəti xadimlərinə diqqət və qayğı.
- Heydər Əliyevə ithaf edilmiş əsərlər.
- Azərbaycan musiqi mədəniyyəti YUNESKO-nun mənəvi irsinin tərkib hissəsidir.
- H. Əliyev. Şəxsiyyət və dövr.
- “Onu zaman seçmişdir”.
- “Əbədiyyətə” qovuşan möhtəşəm ömür.
Elmi- Praktik konfrans zamanı hər bir iddiaçı seçdiyi mövzu ətrafinda 10 dəqiqədən çox olmamaq şərti ilə çıxış etməli, məruzənin mətni çap şəklində azərbaycan və rus dillərində təqdim edilməlidir. Məruzə zamanı mövzunun üzdən oxunmaması, sərbəst şəkildə təqdim edilməsi arzu olunandır. Məruzə 2 vərəqdən az olmamalıdır.
MÜSABİQƏNİN PROQRAMI
Fortepiano
I yaş qrup
Itur
1. Polifoniya (Kiçik prelüd, 2 və ya 3 səsli invensiyalar,ingilis və fransız suitasından -2-3 hissə)
2.Klassik sonatadan hissə (I və ya II,III hissə),Variasiyalar.
3.Etüd
IItur
- Qərbi Avropa və rus bəstəkarlarının romantik əsərləri 1, və ya kiçik 2,3 əsəri.
- XX - XI əsr bəstəkarlarının əsəri
- Azərbaycan bəstəkarının əsəri
II yaş qrupu
I tur
1. Polifoniya İ.S.Bax (Y.T.K, partitlər, suitalardan II –III hissə),D.Şestakoviç– prelüd və fuqa
2.Klassik Sonata ( I vəya II,III hissə), Variasiyalar
3.Virtuoz etüd
II tur
1. Qərbi Avropa və rus bəstəkarlarının romantik iri həcmli ya da 2-3 fərqli xasiyyətli əsər.
2.Azərbaycan bəstəkarının əsəri
3.XX-XI əsr bəstəkarlarının əsərləri
QEYD : I qrup II,III qrupun əsərlərindən istifadə edə bilər.
III yaş qrupu
I tur
1. Polifoniya İ.S.Bax, (YTK,Partitalar,Suitalar – bütöv, Orqan prelüdya və fuqa),Şostakoviç -prelüd və fuqa
2.Klassik Sonata (I və ya II – III hissə) variyasalar
3.Etüd (List, Şopen, Raxmaninov, Skryabin)
II tur
- İri həcmli romantik əsər
- XX- XXI əsr bəstəkarlarının əsəri
- Azərbaycan bəstəkarının əsəri
IV yaş qrupu
I tur
1. Polifoniya İ.S.Bax, (YTK,Partitalar,Tokkatalar), Şostakoviç -prelüd və fuqa
2.Klassik Sonata, Klassik variyasiyalar
3.2 virtuoz etüd (List, Şopen, Raxmaninov, Skryabin, Debüssi)
II tur
- İri həcmli romantik əsər
- XX- XXI əsr bəstəkarlarının əsəri
- Azərbaycan bəstəkarının əsəri
Orkestr (Simli alətlər)
I yaş qrup
I tur
1.Etüd
2.Qədim Sonatadan- 2hissə
3. Virtuoz pyes
II tur
1. Konsert (I hissə və ya II-III hissə)
2.Azərbaycan bəstəkarının əsəri
QEYD : I qrup II,III qrupun əsərlərindən istifadə edə bilər.
II yaş qrup
I tur
1.Etüd
- Qədim Sonatadan- 2 hissə
- Virtuoz pyes
II tur
1. Konsert (I hissə və ya II-III hissə)
2.Azərbaycan bəstəkarının pyesi
III yaş qrupu
I tur
- Etüd və ya Kapris
- Polifoniya (İ.S.Bax)- solo skripka ücün sonata və patitadan- 2 hissə
- Virtuoz pyes
II tur
- Konsert (I hissə və ya II-III hissə)
- Azərbaycan bəstəkarının pyesi
IV yaş qrup
I tur
- Etüd və ya Kapris (violin ücün Venyavski və Paqanini)
- Polifoniya (İ.S.Bax)- sonata, partita, süitalardan 2 hissə
- Virtuoz pyes
II tur
- 1. Konsert (I hissə və ya II-III hissə)
- 2. Azərbaycan bəstəkarının pyesi
Nəfəs alətləri
I yaş qrupu
1.Azərbaycan bəstəkarının əsəri, iki müxtəlif xarakterli əsər
(Bir turlu)
QEYD : I qrup II,III qrupun əsərlərindən istifadə edə bilər.
II yaş qrupu
I tur
1.Azərbaycan bəstəkarının əsəri, iki müxtəlif xarakterli əsər
II tur
1.Konsert I hissə və ya II-III hissə
III yaş qrupu
I tur
1. Azərbaycan bəstəkarının əsəri
2.Pyes-(Sərbəst seçim)
3.İri həcmli əsər(variasiya və ya konsert)
II tur
1.Konsert (I-II-III hissə)
IV yaş qrupu
I tur
1.İri həcmli pyes və ya variasiyalar
2.Müasir bəstəkarlardan əsər
II tur
- 1. Konsert (I və ya II-III hissələr)
- 2. Azərbaycan bəstəkarının əsəri
Vokal
I yaş qrupu
I tur
1. Azərbaycan xalq mahnısı
2.Sərbəst seçim
IItur
1. İki müxtəlif xarakterli əsər
QEYD : IqrupII,IIIqrupun əsərlərindənistifadə edə bilər.
II yaş qrupu
I tur
- Barokko dövrünün əsəri
- Azərbaycan xalq mahnısı
II tur
1. Qərbi Avropa bəstəkarlarının əsəri
2.Romans, Azərbaycan bəstəkarının əsəri
III yaş qrupu
I tur
- Barokko dövrünün əsəri
- Sərbəst seçim
II tur
1. Qərbi Avropa və ya rus bəstəkarlarının ariya və romansları
2.Sərbəst seçim.
IV yaş qrupun
I tur
- 1. Barokko dövrünün əsəri
- 2. Qərbi Avropa və ya rus bəstəkarlarının ariya və romansları
II tur
- 1. Azərbaycan bəstəkarının əsəri
- 2. Sərbəst seçim (ariya və romanslar)
Xalq çalğı alətləri
Tar
Bütün yaş qrupları üzrə
I tur
1. Etüd
2.İki müxtəlif xarakterli əsər (əsərlərdən biri xarici ölkə bəstəkarının əsəri olmaq şərti ilə )
II tur
- İri həcmli əsər (konsert I hissə və ya II-III hissə,Fantaziya)
- Muğam (5-7 dəq)
Kamança
Bütün yaş qrupları üzrə
I tur
1. Etüd
2.İki müxtəlif xarakterli əsər (əsərlərdən biri xarici ölkə bəstəkarının əsəri olmaq şərti ilə)
II tur
- İri həcmli əsər (konsert I hissə və ya II-III hissə,Fantaziya)
- Muğam (5-7 dəq)
Qanun
Bütün yaş qrupları üzrə
I tur
1. Etüd
2.İki müxtəlif xarakterli əsər (əsərlərdən biri xarici ölkə bəstəkarının əsəri olmalı)
II tur
- İri həcmli əsər (konsert I hissə və ya II-III hissə,Fantaziya)
- Muğam (5-7 dəq)
Balaban
Bütün yaş qrupları üzrə
I tur
1. İki müxtəlif xarakterli əsər
II tur
- Azərbaycan xalq rəqsi
- Muğam (5-7 dəqiqə)
Xanəndə
Bütün yaş qrupları üzrə
I tur
- Xalq mahnısı
- Bəstəkar mahnısı
- Zərb muğamı (dəfi özü çalmaq şərti ilə)
II tur
1.Muğam.