Bülbül 125 Şuşa İli Çərçivəsində
“Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi”
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Konservatoriya, Bülbül Fondu və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Bülbülün 125 illik yubileyinə həsr olunmuş xanəndə və instrumental muğam (tar, kamança, balaban, qanun) ifaçılarının respublika müsabiqəsi.
Müsabiqə 2 – 9 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.
Müsabiqə ilkin seçim mərhələsi və iki əsas mərhələdən ibarətdir. İlkin seçim mərhələsi sənədlərə və ifalara əsaslanaraq müsabiqənin iştirakçılarını müəyyənləşdirir. İştirak hüququ qazanan ifaçılar müsabiqənin birinci mərhələsinə çıxış üçün dəvət olunurlar.
Müsabiqədə iştirak şərtləri:
Müsabiqədə 17-25 yaşlarda olan xanəndə və instrumental ifaçılar iştirak edə bilərlər.
Hər bir müsabiqə iştirakçısı təxminən 10 dəqiqə vaxt çərçivəsində ənənəvi musiqi irsimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirən ifa təqdim etməlidir.
İştirak üçün müraciət və sənədlər 25 avqust 2022-ci il tarixinədək göndərilməlidir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri
[email protected] ünvanına göndərməlidir.
Yaşı təsdiq edən sənədin surəti (şəxsiyyət vəsiqəsi).
Tərcümeyi-hal
Fotoşəkil (10.7 sm * 8 sm, jpg)
Müsabiqə üç əsas mərhələdə keçirilir.
Seçim mərhələsi: 2 Sentyabr
Sərbəst ifa (Azərbaycan və dünya bəstəkarlarının əsərləri, muğam, muğam improvizə, kompozisiya və s.)
II tur: 7 Sentyabr
Bülbülün ifasında səslənmiş əsərlərdən biri (Əsər içərisində muğam ifası arzuolunandır)
Müsabiqə dinləyicilər üçün açıq şəraitdə keçirilir.
Ünvan:
Bülbül adına Ortxa İxtisas Musiqi Məktəbi (Bakı, Əhməd Cavad küçəsi 9, tel; (012) 492 61 69) (Seçim mərhələsi)
Azərbaycan Milli Konservatoriyası (Bakı, Yasamal rayonu Ələsgər Ələkbərov 7, tel; (012) 538 28 62) (I və II mərhələ