2014-cü il martın 11-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bülbül adına orta ixtisas musiqi məktəbində Bakı şəhərində fəaliyyət göstərən dövlət uşaq müəssisələrinin şagirdləri üçün Novruz bayramına həsr olunmuş konsert təşkil olunmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq Artisti Teymur Göyçayev tədbiri açaraq uşaqları bayram münasibəti ilə təbrik etmiş, belə bir konsertin təşkilinə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, konsertdə iştirak edən şagirdlər dəfələrlə Beynəlxalq və Respublika müsabiqələrində iştirak ediblər və bugünki konsertə də böyük məsuliyyətlə yanaşmış, rəngarəng konsert nömrələri hazırlamışlar.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.