aze | rus | eng



15 aprel Beynəlxalq Mədəniyyət Günüdür. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif etmişdir.1935-ci il aprelin 15-də “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması (Rerix paktı) imzalanıb. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya ölkələrinin bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılmışdır.
Bu, xoşməramlı təşəbbüs hazırda geniş miqyasda ölkələri və xalqları birləşdirir. Azərbaycan da bu günü yüksək səviyyədə qeyd edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti nəticəsində Azərbaycan bu sahədə nümunə göstərilən ölkələr sırasına çıxmışdır. Dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESKO ilə sıx əməkdaşlıq edirik, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə bütün dünyada təbliğ olunur. UNESKO-nun müvafiq siyahılarında ölkəmizin çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəsinin yer alması bu deyilənləri bir daha sübut edir. Azərbaycanın mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsində Birinci vitse-przident, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə əməkdaşlıq edərək birgə layihələr həyata keçirir.
15 aprel Beynəlxalq Mədəniyyət Günündə, məktəbimizin şagirdləri F.bəy Köçərli adına kitabxanada konsert proqramı ilə iştirak etdilər.
Sinif: 4a,4b.8a,9b
Müəllim: Aygün Abdullayeva
Konsertmeystr: Rəna Zəkiyeva


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az