aze | rus | eng



Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib.1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası (International Board on Books for Young People – IBBY) tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Qans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun təmsillərinin kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmli kitab nəşr etdirib. XVIII əsrdən uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranıb.
Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.
2 aprel Beynəlxalq Uşaq Kitabı Günündə, Bülbül adına Orta Musiqi Məktəbinin kitabxanasına I və II sinif şagirdlərinin ziyarəti təşkil edildi. Məktəb kitabxanası ilə tanış olan şagirdlərə, kitabxanaçılar tərəfindən kitabxanadan istifadə qaydaları, kitab oxumağın faydaları barədə geniş məlumat verildi.
1. İnsanın söz ehtiyatı artır.
2. İnsan başqalarıyla daha rahat ünsiyyət qura, fikirlərini daha dolğun ifadə edə bilir.
3. Stress və gərginlik azalır. İnsanın beyni dincəlir.
4. Mütaliə beyin hüceyrələrini cavanlaşdırdığı üçün qocalmanı gecikdirir.
5. Kitab oxumaq yaddaşın güclənməsinə təsir edir.
6. Tez-tez diqqəti yayınan insanlarda təmərküzləşməni yaxşılaşdıra bilər.
7. İnsan bilik əldə etdikcə, özünə inamı artır.
8. İnsanda kreativlik artır, yeni ideyalar yaranır.
Sonda şagirdlərə 2 aprel Beynəlxalq Uşaq Kitab Gününun özəlliyi barədə məlumat verilərək, bu günə həsr olunmuş videoçarx təqdim edildi.
Müəllimlər : Aygün Abdullayeva
Tahirə İsmayılova
Kitabxanaçı : Fatimə Dadaşova


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az