aze | rus | eng



1 mart -Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 1 a və 4a siniflərində, Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.
1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.
Əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.
Tədbirdə əyani vəsaitlər və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx nümayiş olundu,şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.
Sinif: 1a,4a
Sinif rəhbəri: Abdullayeva Aygün
Hərbi rəhbər: Allahverdiyev Xadim


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az