aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin Ekoklub üzvləri, Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində VI Ekoloji Forumunda iştirak etdi.
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 30 aprel 2021-ci il tarixində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı və regionlarda fəaliyyət göstərən ekoklub üzvlərinin mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq onlayn formatda VI Ekoloji Forumu keçirilib. Ekoloji Forumun əsas məqsədi ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl Şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarətdir.
“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının ideyası ətraf mühitin mühafizəsi sahəsində ölkədə həyata keçirilən geniş miqyaslı tədbirlərdə məktəblilərin fəal iştirakını təmin etmək, gələcək nəslin sağlam mühitdə böyüməsi, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin qorunmasının təmin olunması üçün illik tədbirlər planının hazırlanmasından ibarətdir.
Forumun rəsmi hissəsini giriş sözü ilə açan Azərbaycan Respublikası Təhsil nazirinin müavini cənab Firudin Qurbanov, Ekoklub üzvlərinin VI Ekolojı forumun iştirakçılarını Təhsil Nazirliyi adından salamlayaraq, dayanıqlı inkişaf yolunda inamla addımlayan ölkəmizin ətraf mühitinin qorunması və təbii sərvətlərdən davamlı istifadənin gənc nəsildə yeni ekoloji bilik və bacarıqların formalaşmasından çox asılı olduğunu qeyd edib. Ətraf mühitin mühafizəsi sahəsində ölkədə həyata keçirilən geniş miqyaslı tədbirlərdə məktəblilərin fəal iştirakının vacibliyinin, gələcək nəslin sağlam mühitdə böyüməsinin, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin qorunmasının təmin edilməsinin mühümlüyünü vurğuladı. Firudin Qurbanov çıxışının sonunda gənc təbiəti sevənlərə ekoloji təhsildə və ölkəmizin rifahi naminə ekoloji fəaliyətlərində uğurlar arzuladı.
Ardınca Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov öz çıxışında gəncləri salamlayaraq, ilk öncə tariximizə qızıl hərflərlə yazılan qalibiyyətimizin təminatçıları olan müzəffər Azərbaycan ordusuna təşəkkürünü bildirərək, azad olunan torpaqlarımızda aparılan ekoloji monitorinqlər barədə məlumat verdi. Monitorinqlərdən sonra əldə olunan nəticələrin Ermənistan qarşısında təzminat prosedurları üçün tələb qaldırılacağını söyləyib və azad olunan torpağlarımızda ekoloji genişmiqyaslı gələcək layihələri və bu işin həyata keçirilməsində gənclərin xüsusi rolu olduğunu qeyd etdi. Vüqar Kərimov həmçinin, azad olunan torpağlarımızın və həmin ərazilərə dəymiş ziyanın aradan qaldırılması, Qarabağ ərazisinin əsrarəngiz təbiəti və biomüxtəlifliyinin bərpasının təmin edilməsinin hər birimizin əsas vəzifəsi olduğunu vurğulayaraq, çıxışının sonunda forum iştirakçılarına və gənc ekoloqlara gələcək fəaliyyətində uğurlar arzuladı.
IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov salamlama nitqində ekoloji təhsil və maarifləndirmənin rolunun əvazedilməz olduğunu söylədi. Hamımızın diqqətinin ən vacib global çağırışa yönəlidilməsini, məsuliyyətli və davamlı həyat tərzinin necə öyrənib başqalarına nümünə olmağın lazımlığını qeyd etdi. Gələcəyimizin təmin edilməsi üçün şuurumuzda, düşüncələrdə dəyişiklik etməyin vacibliyini bildirərək, yalnız gənc təbiətsevərlərin səfərbər olması ilə dünyada sürətli və müsbət dəyişiklikləri görə bilərik.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident Numayəndəsinin müavini Çaru Bistin səsləndirilən xüsusi müraciətində, bu mühüm tədbirdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı adından müraciət etməkdən məmnunluq duyduğunu bildirərək, bir çox insanın həyatının riskə məruz qaldığı bir vaxtda ölkənin ətraf mühitini qorumaqda bu qədər fəal və sadiq olduqlarına görə Azərbaycan gənclərinə xüsusilə təşəkkür etdi. Birlikdə bizlərin Azərbaycanda təbii ehtiyatlardan səmərəli istifadə edərək, bərpa olunan enerji mənbələrinə keçməklə, canlı aləmə qayğıkeş münasibət göstərərək ekoloji vəziyyəti yaxşılaşdıra bilər və təbiətdə ekoloji tarazlığa nail ola biləcəyimizi qeyd etdi.
Tədbirin davamında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə təqdimat ilə çıxış edərək, 6 il ərzində “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı nailiyyətləri, həyata keçirtdiyi ekoloji yönümlü lahiyələrin, aksiyaların əldə etdiyi uğurları və ekoloji könüllülük hərəkatının, uşaq və gənclər arasında ekoloji liderlərin formalaşmasının əhəmiyyətini vurğuladı.
Forumun plenar sessiyasında ilin ən aktiv ekoklub lideri olan Səməd Əlizadə 2020-2021-ci il onlayn tədris ili üçün hazırlanan “Yaşıl şəbəkə”ekoklubların illik hesabatını təqdim edib.
Daha sonra məkətəblilər arasından seçilmiş 10 ekoklub liderinin “Yaşıl iqtisadiyyat”, “Yaşıl turizm”, “Yaşıl aqrar”, “Yaşıl ətraf mühit”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” ekoloji istiqamətləri üzrə təqdimatları və yeni tədris ilində ekoloji hərəkata əlavə olunması üçün təkliflər müzakirə olunub.
Ekoklub üzvləri tərəfindən “Dünyanı dəyişəcək 30 saniyə” şüarı altında hazırlanan qısa videoçağırış müsabiqəsinin qalibləri açıqlanıb və seçilmiş videoçarxların nümayişi, məşhur beynəlxalq ekoloqların video mesajları göstərilib. Sonunda gənc ekoloqlar üçün interaktiv yarışma təşkil olunub. Forumun bütün iştirakçiları diplom və xatirə hədiyyələri ilə təltif olunub.
Qeyd edək ki, bu il onlayn platformada yüksək səviyyədə keçirilən VI Ekoloji Forumda Bakı şəhəri üzrə 50 ümumtəhsil müəssisəsi və 30 regional Uşaq – Gənclər İnkişaf Mərkəzlərində fəaliyyət göstərən ekoklubların 2500 üzvü arasından seçilmiş 250-yə yaxın məktəbli iştirak edib.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az