aze | rus | eng



Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illik yubileyinə həsr olunan səmti müəyyənetmə idman növü üzrə 9-12 yaş qrupları məktəblilər arasında “Orienteering Junior Competition” adlı yarışda, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri III yerə layiq görülmüş və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən medal və xatirə hədiyyələri ilə təltif edilmişlər.
Yarışın əsas məqsədi uşaq və yeniyetmələr arasında Ulu öndər Heydər Əiyevin zəngin irsi ilə tanışlıq, ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və öyrənilməsi, gənclərə sağlam həyat tərzinin aşılanması, sağlam rəqabətin, liderlik və komanda mübarizəsi ruhunun təbliğindən, dostluq və idman əlaqələrinin möhkəmləndirilməsindən ibarət olub.
Tədbirin əvvəlində iştirakçılara ümummilli lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən onlayn sənədli film nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətinin bütün dövrlərində idmanın inkişafına böyük diqqət və qayğı göstərib. Ölkəmizin idman ictimaiyyəti Ulu Öndərimizin əziz xatirəsini həmişə ehtiramla yad edir.
Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar yuniyor qaçışları səmti müəyyənetmə dərnək üzvləri və maraqlanan məktəblilər arasında fərdi və komandalar şəklində ümumilikdə 100 nəfərin iştirakı ilə hibrid formada təşkil olunub. Turnirdə hər komandadan bir nəfər distansiya keçərək, məntəqədə QR kod vasitəsilə qeydə alınıb, digər iştirakçılar isə hərəkətin trayektoriyası prosesini onlayn izləyərək məntəqələri tapmaqda komandalarına köməklik göstəriblər.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az