aze | rus | eng



21- Fevral "Beynəlxalq Ana Dili Günü"dür.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
20 fevral tarixində Bülbul adına Orta İxtisas Musiqi Məktəbinin 3(1) və 5(1) siniflərində "Ana dilimizi qoruyaq" adlı video dərslər keçirildi.Ana dilimizin saflığı ,qorunması istiqamətində görülən işlərdən,dilimizin necə saf təmiz bir dil olduğu haqqında şagirdlərə geniş məlumat verildi. Dərsin sonunda şagirdlərə Bəxtiyar Vahabzadənin "Ana dili" şeri ilə hazırlanmış videocarx təqdim edildi.
Muəllim: Rəna Ağayeva


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az