aze | rus | eng



2 Fevral – Azərbaycan Gəncləri günüdür.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir.
Ümummilli lider Heydər Əliyevin-“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”- sözləri, gəncləri Azərbaycanın gələcəyi naminə səfərbər edir.
Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində görülən işlərdə, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanında olduğunu 44 günlük Vətən Müharibəsində sübut etmişlər.
Əziz gənclər bayramınız mübarək!


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az