Sentyabrın 27- si səhər saatlarından Azərbaycan torpaqları uğrunda başlayan döyüşlər artıq 10 gündür ki, davam edir. Ermənilər tərəfimdən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər,Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükləri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin su, ərzaq və.s ehtiyyaclarını ödəmək üçün qan verməyə çalışırlar.Vətənin azadlığı uğrunda gedən döyüşlərlə səciyyələnən bu qürurverici məqamda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kollektivi əsgərlərimizə lazımı geyim, dərman ləvazimatları və ərzaq payları ilə dəstək oldu.
Biz sizinlə fəxr edirikAzərbaycan əsgəri!