aze | rus | eng



21 fevral 2020- ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Beynəlxalq Ana Dili Günü qeyd olundu. Tədbiri açan ədəbiyyat müəllimi Xatirə Qurbanova, 1999- cu il fevralın 21-dən etibarən bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edildiyini , Dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu,hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalı olduğunu, Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığı haqqında şagirdlərə məlumat verdi. Tədbirin sonunda VI siniflərin ifasında şerlər və musiqi nömrələri ifa olundu.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az