Olimpiya Mədəniyyəti və Təhsil Proqramı məktəblər arasında təcrübə mübadiləsi baxımından böyük əhəmiyyətə malikdir. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi də OCEP 2019 proqramının iştirakcılarından biridir.
Məktəb 1921-ci ildə yaradılmışdır. Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, musiqiçi Polad Bülbüloğlu və dahi bəstəkar Qara Qarayev bu məktəbin məzunlarıdırlar.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi OCEP 2019 prqoramı çərçivəsində Kipr Respublikasının Nikosiya şəhərində yerləşən "Pascal Greek" məktəbi ilə qardaşlaşmışdır.