18 sentyabr “Milli musiqi günü”dür.
18 sentyabr Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş etmiş dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günüdür. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.