18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində “Açıq qapı” günü keçirilmişdir.
Muzeydə repressiya qurbanlarına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova repressiya qurbanlarını yad edərək, tariximizin bu acı səhifələrinin insan hüquqlarının pozulması kimi qiymətləndirmişdir.
Tədbirdə 2017-ci ilin birinci yarısında muzeyin elmi-mədəni və ictimai tədbirlərinin təşkilində və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənənlərə muzeyin təşəkkürnamələri təqdim olunmuşdur. Təltif olunanlar sırasında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Xalq artisti Teymur Göyçayev, direktor müavni Rəna Vəzirova,şagirdlər Bagırov Nicat(kontrabas),Rzayev Ərol(v-cello)Dəmirova Zeynəb(alt),Cəmil Ayşə(Violo),Nəcəfli Canel( skripka), kvintetin bədii bədii rəhbəri Ümidə Abbasova,Konsertmeystr Rəfiqə Quluzadə, İsayeva Yekatirina(vokal) ya təşəkkürnamələr təqdim olundu.