18 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində, Bülbül adına Orta ixtisas musiqi məktəbi şagirdlərinin "Novruz gəlir,yaz gəlir "adlı konserti keçirildi. Giriş sözü ilə konserti açan Azərbaycan Milli İncəsənət Muzeyinin İctimai əlaqələr üzrə direktor müavini Qəmər Məlikova qonaqları salamyaraq, hər kəsi bayram münasibətilə təbrik etdi. Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru Xalq artisti Teymur Göycayev, Musiqi fənləri üzrə direktor müavini Rəna Vəzirova öz bayram təbriklərini gələn qonaqlara çatdirdı. Konsertdə Fransanın Total neft- qaz şirkətinin Azərbaycandakı icraci direktoru Denis Lamarşal və Total şirkətinin nümayəndələri iştirak etdilər. Konsert gələn qonaqların marağina səbəb oldu.