Noyabr ayının 28-də Beynəlxalq Muğam Mərkəzində Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatının növbəti qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Bu mükafat hər il uşaq hüquqları sahəsində geniş fəaliyyət göstərən şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Bu il mükafat əldə edənlər sırasında “UNİCEF”, Milli Məclis, “Azercell Telekom MMC” və s. kimi dövlət və qeyri-dövlət təşkilatları oldu.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi məktəbinin Şagirdləri Rüstəmbəyli Əli,Rüstəbəyli Cavanşir, Quliyev Ataxan,İsmayılova Nərmin, Bağırzadə Səid, Zeydullayev Aydın, Maqsudova Qəmərtac, Daşdəmirov Ruslan Behbudov, Rəşid diplomlara laiq görüldülər.