Noyabr ayının 21-də Bülbül adına orta ixtisas musiqi məktəbində Yeni Azərbaycan Partiyasının yaranmasının 24 ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Rəna Vəzirova Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə hər kəsi təbrik etdi. Öz çıxışında Rəna Vəzirova partiyanın tarixi zərurətdən yarandığını, ümumxalq partiyasına çevrildiyini vurğulamışdır. Məktəbin tədris-tərbiyə işləri üzrə direktor müavini Nigar Baxşiyeva öz çıxışında YAP-ın dövlətin və cəmiyyətin davamlı inkişafı naminə çalışdığı haqda danışaraq ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin günü-gündən inkişaf etdiyini qeyd etmişdir.