aze | rus | eng



 “Four Seasons”otelində Azərbaycan İngiltərə dostluq Cəmiyyətinin təşəbbüsü ilə fiziki qüsurlu uşaqlara yardım məqsədi ilə növbəti xeyriyyə tədbiri keçirilmişdir.  Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva və İngiltərə parlamentinin Lordlar Palatasının üzvü, Böyük Britaniya imperiyası ordenininin mükafatçısı, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Mayk Qerman olmuşdur.
Bu tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Quluzadə Sənan, Quliyev Ataxan, respublika müsabiqələr laureatı Rüstəmbəyli Cavanşir, beynəlxalq müsabiqələr laureatı Zeydullayev Aydın, beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli, beynəlxalq müsabiqələr laureatı Tahirova Məryəm, beynəlxalq müsabiqələr laureatı prezident təqaüdçisi - Cinarə Əzimova və Ü. Hacıbəyli adına BMA – nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Cəfərzadə Fatimə konsert proqramı ilə çıxış etdilər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az