19 yanvar 2016-cı il L.və M.Rostropoviçlərin ev muzeyində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan “Şəhidlər olmazsa Vətən dirilməz...” adlı tədbir keçirildi. Tədbir L.və M.Rostropoviçlərin ev muzeyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin İçəri Şəhər Tarix Muzeyinin birgə təşkilatçılığı ilə keçirildi. Tədbirdə Bülbül adına orta ixtisas məktəbinin şagirdlərinin ifasında S.Bax, Y.Haydn, S.Raxmaninov, Q.Qarayev, F.Əmirov, A.Məlikov, F.Bədəlbəyli və başqalarının klassik musiqiləri ifa olundu.
http://www.trend.az/life/culture/2482972.html