aze | rus | eng



İyul ayının 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi olmuşdur.M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.Açılış mərasimində çıxış edən 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva Olimpiada iştirakçılarını salamlayaraq bu əhəmiyyətli və fərəhli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyduğunu bildirmişdir.Olimpiadada 75 ölkənin təmsil olunduğunu deyən professor Nərgiz Paşayeva bütün iştirakçıları bir araya gətirən amilin elm, təhsil və mədəniyyət olduğunu bildirərək onlara uğurlar arzulayıb və 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan etmişdir.

Açılış mərasımınin bədii hissəsində Q.Qarayev adına Dövlət Kamera Orkestri çıxış etmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi Mərziyə Hüseynova, VII sinif şagirdi Cavanşir Rüstəmbəyli solist kimi qonaqların qarşısında çıxış etmişlər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az