Azərbaycan Respublikasının Prezidentinin 21 iyul 2015-ci iltarixli sərəncamı ilə Bülbül adına ortaixtisasmusiqi məktəbinin şagirdləri Cəmilə Əsgərzadə və Çinarə Əzimovanın adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Hər iki gənc Prezidentinxüsusi təqaüdünə layiq görülüblər.