2015-ci il fevralın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir. Konsertdə Prezident təqaüdçüləri və Beynəlxalq müsabiqələr laureatları Ç.Əzimova, M. Hüseynova, V.Vəkilov, A.İbrahimova, Z.Alxazova, C.Əsgərzadə, Ə.Məmmədov, A.İsmayılov, L.Zeynalova iştirak ediblər.
Konsertdən sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib. Nazir dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər qarşısında geniş inkişaf üfüqlərinin açıldığını vurğulayıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu xatırladan Mikayıl Cabbarov Bülbül adına orta ixtisas musiqi məktəbinin rəhbərliyinə və şagirdlərinə uğurlar arzulayıb.