aze | rus | eng

    19 yanvar tarixində bülbül adına orta ixtisas musiqi məktəbində 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin tədris -təlim ışləri üzrə direktor müavini Nigar Baxşiyeva çıxış edərək qeyd edib ki, iyirmi beş il əvvəl törədilmiş yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının  iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Vurğulanıb ki, 20 yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyev münasibət bildirib, özünün  və yaxınlarının  həyatını  təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi  nümayəndəliyinə gələrək azərbaycanlılar və xarici jurnalistlər qarşısında bəyanat verib, düşmən siyasətini ifşa edib. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

    Tədbirdə çıxış edən Musiqi işləri üzrə direktor müavini Aytən Əhmədova 20 Yanvar hadisələrini öz azadlığı, müstəqilliyi, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın tarixində şanlı səhifə kimi qiymətləndirmişdir.

      Tədbirdə məktəbin III sinif şagirdləri tərəfindən 20 yanvar hadisələrinə həsr olunmuş şerləri səsləndirdilər. Ş.Əbilli, N.Sədrayeva, Z.Qasımzadə, H.İbrahimov, M.Səfərli, C.Məlikli musiqi nömrələri çıxış etdilər.

20 Yanvar hadisələrini öz azadlığı, müstəqilliyi, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın tarixində şanlı səhifə kimi səciyyələndirmişlər.

http://azertag.az/xeber/8811

Photogallery

Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az