2014-cü il 1-5 dekabr tarixlərində Milli musiqi alətləri ifaçıları və xanəndələrin Bülbül adına II Respublika müsabiqəsinin dinləyişləri Bülbül adına orta ixtisas musiqi məktəbində olmuşdur. Açılışda çıxış edən məktəbin direktoru Xalq artisti Teymur Göyçayev müsabiqəyə olan böyük maraqdan danışdı. Müsabiqədə iştirak üçün Azərbaycanın bölgələrindən 200-ə yaxın sənəd verilmişdir. Teymur Göyçayev Münsiflər heyətinin üzvlərini təqdim etdi. Xalq Artisti Arif Babayev, Xalq Artisti Ağasəlim Abdullayev, Xalq Artisti Aygün Bayramova, Əməkdar Artist Nuriyyə Hüseynova, Əməkdar Artist Təranə Əliyeva, Əməkdar Artist Elşən Mansurov, Əməkdar müəllim Ümid İbrahimov, Əlibaxış Məmmədov gənc istedadları qiymətləndirəcəklər.