Baharın gəlişi ilə Novruzun ruhi təravəti hər birimizin qəlbini isidir. Bu gözəl bayram münasibətilə Sahib İbrahimovun xanəndə sinfinin konserti keçirildi. Şagirdlərin ifasında Novruzun ruhunu yaşadan xalq və bəstəkar mahnıları səsləndirildi.Hər ifada baharın coşqusu, təbiətin oyanışı və musiqimizin əvəzsiz gözəlliyi hiss edildi.
Sinif: Sahib İbrahimov
Müşayət etdilər:
Mirhüseyn Əsədullayev ( tar)
Hikmət Abdullayev ( kamança)
Ruhulla Dadaşov ( nağara)