aze | rus | eng



Vagif Mustafazadənin 85 illik yubileyi möhtəşəm konsertlə qeyd olundu
Martın 16-da Heydər Əliyev Sarayında Azərbaycanın əməkdar artisti, görkəmli caz pianisti və bəstəkarı, Azərbaycan cazının banisi Vagif Mustafazadənin anadan olmasının 85 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti keçirildi. Unudulmaz bəstəkarın ölməz musiqisi bir daha səhnədə canlandı və dinləyiciləri cazın sehrinə qərq etdi.
Vagif Mustafazadənin musiqisi Şərq və Qərb harmoniyasını özündə birləşdirərək dünya caz sənətində silinməz iz qoyub. Onun unikal yaradıcılığı bu gün də dinləyiciləri ilhamlandırır və yeni nəsil musiqiçilərə örnək olur. Konsertin əsas qonaqlarından biri görkəmli sənətkarın qızı, istedadlı caz ifaçısı və Azərbaycanın Xalq artisti Azizə Mustafazadə oldu. O, səhnədə atası ilə bağlı unudulmaz anları yaşadaraq, onun ruhuna ehtiramını musiqi vasitəsilə ifadə etdi. Həmçinin onun oğlu, gənc musiqiçi Ramiz Xan və digər görkəmli sənətkarlar da bu gecənin iştirakçıları oldular.
Əzizə Mustafazadə sənət yolunun əsasını qoyduğu təhsil ocağına – Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə xüsusi diqqət və sevgi ilə yanaşır. Yubiley konsertini Azərbaycanın Xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Gənclər və Simfonik Orkestrinin məzunları və hazırda təhsil alan şagirdlərdən ibarət Kamera orkestri müşayiət etdi.
Bu möhtəşəm gecə Vagif Mustafazadənin sənətinin təkcə Azərbaycan deyil, bütün dünya musiqisi üçün necə böyük bir irs olduğunu bir daha sübut etdi. Onun yaratdığı ecazkar caz musiqisi gələcək nəsillər üçün daim ilham mənbəyi olaraq qalacaq.
Orkestrdə çıxış edən şagirdlırimiz:
1. Göyçayeva Minə (IX sinif)
2. Əliyeva Amalya(IX sinif )
3. İbrahim Xəlil (VIII sinif)
4. Günəşova Məryəm(X sinif )
5. Kərimov Sultan(X sinif)
6. Cəfərova Gülsün (X sinif)
@azizamustafazadeh @teymurgoychaev1 @atiahi.az @edugovaz @culture.gov.az


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az