26 fevral Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Teymur Göyçayev bildirdi ki, bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində iz buraxan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları amansız məqsəd güdüblər. Məqsəd Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi.Həmçinin bildirildi ki, Xocalılar hətta amansız soyqırım günündə belə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş və xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərin ifasında Xocalı faciəsi qurbanlarının xatirəsinə musiqi nömrələri səsləndirildi.